Peyvənd olunmayan müəllimlər məktəblərə buraxılmayacaq

 13:11 14.09.2021     1012

Peyvənd olunmayan, əks-göstəriş və ya immun sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.

Redaktor.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

R.Ağayev qeyd edib ki, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin sayına gəldikdə isə, nazir müşaviri deyib ki, bu məlumatlar gündəlik dəyişir.

Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əməkhaqqı məsələsinə gəlincə isə nazir müşaviri bildirib ki, bununla bağlı hələki konkret bir qərar yoxdur.