Şəmkirin yeni icra başçısının DOSYESİ

 14:44 14.09.2021     422

Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Redaktor.az Şəmkirin yeni icra başçısının tərcümeyi-halını təqdim edir:

Rəşad Tağıyev, 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007-2013-cü illərdə “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

14 dekabr 2020-ci ildə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Ailəlidir, iki övladı var.