Bakıda dördəm doğuldu - FOTO

 16:30 14.09.2021     79

Bu gün Bakıda “Leyla Medical Center”də dördəm dünyaya gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə mətbuat xidmətinin rəhbəri Samir Şirvanzadə məlumat verib. O qeyd edib ki, hazırda uşaqların vəziyyəti normaldır: 

“Düşük təhlükəsi olduğuna görə, onların əməliyyatı 33-cü həftədə həyata keçirilib. Körpələr ailənin ilk övladlarıdır. Valideynlərdə sonsuzluq problemi olduğuna görə, uşaqlar süni mayalanma ilə dünyaya gəliblər”.

Şirvanzadənin sözlərinə görə, körpələr 10-15 gündən sonra klinikadan evə buraxılacaqlar. 

Qeyd edək ki, ana - Ülviyyə Sofiyevanın 30, ata - Hüseynbala Sofiyevin isə 32 yaşı var. Hər ikisi Zaqatala rayonundandır (qafqazinfo).

2