Hesablama Palatası TƏBİB-də yoxlama APARDI

 17:13 14.09.2021     1107

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb.

Redaktor.az xəbər verir ki, başa çatan audit yoxlamalar 2019-2020-ci illəri əhatə edib. Yoxlamalar agentlik tərkibində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib.

Bu barədə faktı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova təsdiqləyib.

Qeyd edək ki, audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq (qafqazinfo).