Tanınmış hakim koronavirusa yoluxdu

 11:18 15.09.2021     441

Tanınmış hakim koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahberdiyevin COVİD-19 analizinin cavabı müsbət çıxıb.

Bu səbəbdən onun icraatında olan cinayət işləri təxirə salınıb. Bundan başqa, onunla birlikdə kollegiyada təmsil olunan digər hakimlərin də icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb.

Qeyd edək ki, E. Allahverdiyev əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi, Tərtər Hərbi Məhkəməsinin sədri olub. //APA

 

Vumart və Güvən reklamı Vumart Güvən