"Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir

 16:30 15.09.2021     454

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi davam edir.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, təlimin növbəti mərhələsində Xüsusi Təyinatlı bölmələr şərti düşmənin arxasına quru, hava, su yolu ilə keçid, pusqu, basqın, eləcə də amfibiya və hava desant hazırlığı üzrə məşğələlərdə səmərəli təcrübə mübadiləsi etməklə yanaşı, həmdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.