Şəhid komandirin əsgərindən Ali Baş Komandana TƏŞƏKKÜR

 19:18 15.09.2021     1664

Bir müddət öncə 1981-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olan, Silahlı Qüvvələrin Polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğluna şəhidlik statusunun verilməməsi ilə bağlı məlumat yayılmışdı. Şəhidin 10 yaşlı qızı Zeynəb Miriyeva Prezidentə müraciət edərək, atasının şəhid kimi tanınmasını xahiş edirdi. Xüsusi Təyinatlı Qüvvələrin zabiti olan Telman Miriyev 2016-ci il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində faciəvi şəkildə həlak olub.

Redaktor.az xəbər verir ki, ki, Prezident İlham Əliyev onun övladının çağırışına biganə qalmayıb. Telman Miriyevə şəhidlik statusu verilib. Bu barədə mərhum komandirin əsgəri olmuş Elnur Ağayev məlumat verib.

"Komandirimin anası Xanımgül xanım ilə tez-tez əlaqə saxlayıram. Onun mənə verdiyi son məlumat, "Telmana şəhidlik statusu verildi" xəbəri oldu. Şəhidin anasının, həmçinin öz adımdan Prezidentə və Birinci vitse-prezidentə təşəkkür edirəm", - deyə E.Ağayev bildirib.