Güclü sel Tovuzda ciddi fəsadlara yol açdı

 02:18 18.09.2021     171

Tovuz rayonunda güclü sel güclü fəsadlara yol açıb.

Redaktor.az-ın məlumatına görə, bu gün axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış sel və daşqınlara səbəb olub. Xüsusən Tovuz rayonun Yanıqlı və Əsrikcırdaxan kəndindlərində sel suları kənd yollarını yuyub, orta məktəbin binasına və bəzi evlərə dolub.

Bundan başqa, sakinlərin əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndinə elektrik enerjisinin verilişi dayanıb. Dəyən ziyanın aradan qaldırılması üçün kəndlərə İcra Hakimiyyətinin rəsmiləri cəlb ediliblər. //Baku.ws