Rusiya hərbi gəmiləri Bakıya gəldi - Orkestrlə qarşılandı - FOTO

 11:14 18.09.2021     1534

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Redaktor.az xəbər verir ki, Rusiya HDQ-nə məxsus “Astraxan” və “Anatoli Qujvin” hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.