Qondarma rejimin “bayrağı”nı silən polis kimdir? - FOTO

 12:28 18.09.2021     1945

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobillərin üzərindəki qondarma “respublika”nın qondarma “bayrağı”nı elə yerindəcə süngü ilə qazıyıb.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, həmin görüntülərdə avtomobillərin üzərindən qondarma bayrağı silən Orxan adlı polis əməkdaşı olub.

Polisimiz bıçaqla həmin qondarma “bayrağı” sildikdən sonra “Qarabağ Azərbaycan” deyərək sürücünü yola salır. //Oxu.az