Gəncədə qadın özünü binadan atdı

 20:16 19.09.2021     1034

Gəncədə intihara cəhd olub.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Orta yaşlı qadın Həmin ünvandakı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən özünü atıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Onun intihara cəhd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.