Vilayət Eyvazovdan yeni TƏYİNAT

 10:16 20.09.2021     1166

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. 

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Bədirşah Vəlimətov Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi təyin olunub. 

O, bu təyinata qədər Siyəzən RPŞ-nin İstintaq Bölməsinin rəisi işləyib.