Qusar sakinləri narkotiklə tutuldu - FOTO

 11:44 20.09.2021     527

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata  görə RPŞ əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Düztahir kənd sakini Şənlik Ağakərimovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Aparılan araşdırmalar zamanı Ş.Ağakərimov həmin narkotik vasitəni Kamran adlı şəxsdən aldığını bildirib.

Davam etdirilən tədbirlərlə rayon sakini Kamran Hacıbabayev saxlanılıb. Onun  üzərinə və yaşadığı evə baxış zamanı satış məqsədilə saxladığı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Bundan başqa RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik birkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Urva kənd sakini Valerik Əhmədov saxlanılıb. Həmin şəxsin meşəlik ərazidə aqrotexniki qaydada çətənə (kannabis) bitkilərini əkib-becərdiyi müəyyən edilib.

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.

222
Vumart və Güvən reklamı Vumart Güvən