Rusiya hərbi gəmiləri Bakı limanını tərk etdi

 12:25 20.09.2021     393

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib.

Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilir ki, ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər.