Azərbaycan XİN Rusiyaya başsağlığı verdi

 15:19 20.09.2021     362

Azərbaycan Xarici İşlər Nazirliyi Perm Universitetinə silahlı hücum nəticəsində həlak olanların ailələrinə və Rusiya xalqına başsağlığı verib.

Redaktor.az xəbər verir ki, başsağlığı mətni nazirliyin “Tvitter” səhifəsində yayılıb.

“Yaralıların tezliklə şəfa tapmasını arzulayırıq", - başsağlığında bildirilib.