Qarabağa qayıdışla bağlı komissiya yaradılacaq

Milli Məclisdə Qarabağa Qayıdışla bağlı insan hüquqları istiqamətində qanunverici məsələləri araşdıran Komissiya yaradılacaq.
Redaktor.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.
Qeyd edilib ki, sessiya müddətində Qarabağa Qayıdışla bağlı insan hüquqları istiqamətində qanunverici məsələləri araşdıran Komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi nəzərdə tutulur.