İlham Əliyev rusiyalı həmkarına MƏKTUB YAZDI

 19:04 20.09.2021     278

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub göndərib.

Redaktor.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi ilə əlaqədar səmimi təbriklərimi qəbul edin.

Keçirilmiş seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbəsi bu partiyanın ölkədə aparıcı siyasi qüvvə kimi liderliyini, onun ümummilli siyasətinin və çoxplanlı fəaliyyətinin Rusiya xalqı tərəfindən yüksək qiymətləndirilməsini bir daha təsdiq etdi.

Əminəm ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlıq xarakterli ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri xalqlarımızın və ölkələrimizin mənafeyi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə bundan sonra da möhkəmlənəcək.

Fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Rusiyanın xalqına isə firavanlıq və əmin-amanlıq arzu edirəm".