Oğuzda ər arvadını döyüb öldürdü

 09:15 21.09.2021     204

Oğuzda qadın öldürülüb.

Redaktor.az xəbər verir ki, hadisə Böyük Söyüdlü kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.

Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.

Faktla bağlı araşdırma aparılır (report).