"“Çörək alırdım”, “dərman alırdım” demək heç kimi məsuliyyətdən azad etmir" - Vaqif Əsədov

 13:41 21.09.2021     938

"Sabahdan təhsil müəssisələrində dərslər başlayacaq və bu da bəzi məktəblər qarşısında tıxacların baş verməsinə səbəb olacaq”.

Redaktor.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

“Səbəb odur ki, hər bir sürücü valideyn öz övladını düşünür. Mənim övladım rahat getsin, ictimai nəqliyyat ləngisin. Gərək hər bir şəxs digərlərini də nəzərə alsın. “Görmədim”, “çörək alırdım”, “dərman alırdım” demək heç kimi məsuliyyətdən azad etmir", - o vurğulayıb.