İlham Əliyev Putinə başsağlığı verdi

 13:54 21.09.2021     242

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Permdə baş verən faciə ilə bağlı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbərin onu dərindən kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev Azərbaycan xalqı adından və öz adından Rusiya Prezidentinə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verib, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, dəqiqləşdirilmiş məlumata görə, Perm Dövlət Universitetində baş vermiş silahlı hücum nəticəsində 6 nəfər həlak olub, 24 nəfər yaralanıb.