Qənirə Paşayeva Türkiyənin tanınmış təşkilat rəhbərləri ilə görüşdü - FOTO

 14:40 21.09.2021     336

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyədən olan tanınmış təşkilat rəhbərləri və ziyalılar ilə görüşüb.

Redaktor.az xəbər verir ki, parlamentdə baş tutan görüşdə Bolu, Rizə, Muğla, Sakarya, Çanaqqala Odalar və Borsalar Birliyi rəhbərləri iştirak edib.

Görüşdə ölkələrimiz arasında günü-gündən güclənən qardaşlıq, dostluq və strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. Görüş iştirakçıları humanitar sahədə əməkdaşlığın genişlənməsinin xalqlarımızın qardaşlığına, strateji əməkdaşlıq ruhuna cavab verdiyini, bununla belə daha böyük işlər üçün də potensialın mövcud olduğunu vurğulayıb.

“Qardaş xalqlar, ölkələr arasında sosial-mədəni, humanitar sahələr daxil olmaqla, bütün əməli fəaliyyət sahələri üzrə işbirliyinin güclənməsi məram və məqsədlərimizə cavab verir. Bu anlamda, Türkiyənin bir neçə vilayətini təmsil edən Odalar və Borsalar Birliklərinin siz dəyərli başqanlarının ölkəmizə səfəri çox faydalıdır. Sizin səfər müddətində, Ağdam şəhərinə səfər etməyiniz xüsusi anlam daşıyır və mən də şəxsum adına, Komitəmiz adına sizə təşəkkür edirəm. Artıq gördüyünüz, bildiyiniz kimi, orada şəhər yox, şəhərin xarabalıqları var. Ermənistanın vandalizmi, barbarlığı Ağdam şəhər yerində bütünlüklə görünür. Siz qardaşlarımızın mənəvi dəstəyi ilə müharibədə necə zəfər qazandıqsa, quruculuq, abadlıq işlərində də elə başaralı olacağıq. Məmnuniyyətlə bildirmək istərdim ki sizin əziz ölkəniz, o cümlədən təmsil etdiyiniz şəhərlər haqqında maraqlı bulgilərin toplandığı “Addım-addım Türkiyə” çoxcildliyimiz artıq çap prosesindədir. Mən bu əsəri könlümün istəyi ilə qələmə almışam. Ümid edirəm ki, “Addım-addım Türkiyə” siz türkiyəli qardaş-bacılarımızın xoşuna gələcəkdir”, - deyə Q.Paşayeva bildirib.

Komitə sədri qardaş ölkə ictimai liderlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Qardaş ölkənin Bolu, Rizə, Muğla, Sakarya, Çanaqqaladan olan Odalar və Borsalar Birliklərinin başqanları görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

Qənirə Paşayeva qardaş eyni zamanda Türkiyədən olan alimlər – Amasiya Universitetinin professorları – keçmiş rektor Metin Orbay və Mehmet Kara ilə görüşüb. Mədəniyyət Komitəsində baş tutan görüşdə ölkələrimiz arasında günü-gündən güclənən qardaşlıq, dostluq, strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. Mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin xalqlarımızın qardaşlığına, strateji əməkdaşlıq ruhuna cavab verdiyi, bununla belə daha böyük işlər üçün potensialın mövcud olduğu vurğulanıb.

“Qardaş xalqlar, ölkələr arasında ən əsas bağlardan biri məhz mədəniyyətdir. Mədəniyyət, elm-təhsil xadimləri arasında güclü işbirliyinin olması mühüm faktordur. Bu planda sizin kimi təcrübəli aydınların verə biləcəyi töhfələr danılmazdır. Məmnuniyyətlə bildirmək istərdim ki sizin əziz ölkəniz, o cümlədən Amasiya haqqında maraqlı bilgilərin toplandığı “Addım-addım Türkiyə” çoxcildliyimiz artıq çap prosesindədir. Mən bu əsəri könlümün istəyi ilə qələmə almışam və ümid edirəm ki, siz türkiyəli qardaş-bacılarımızın xoşuna gələcəkdir.” – Qənirə Paşayeva deyib.

Komitə sədri hər iki alimə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. Qardaş ölkə aydınları görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

22222222
Vumart və Güvən reklamı Vumart Güvən