Bu günün hava proqnozu - yağış, külək, dolu...

 08:41 22.09.2021     317

Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Redaktor.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.