Sürücülərin nəzərinə! - Bakıda bu yollarda tıxac yaranıb

 09:03 23.09.2021     197

Bakı Nəqliyyat Agentliyi səhər saatlarında sıxlıq olan yolların siyahısını açıqlayıb.

Agentlikdən Redaktor.az-a bildirilib ki, hazırda paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq var.

Həmçinin Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində, Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti – Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti – orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində və Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə edilir.