Respublika Gənclər Kitabxanasının Qarabağ müharibəsinə həsr olunmuş yeni virtual sərgisi  

 09:50 23.09.2021     1421

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Uzun illər yazıçılar, şairlər, rəssamlar, jurnalistlər bu qələbənin izi ilə gedəcəklər. Qarabağ müharibəsi müddətində əsgərlərimiz döyüş meydanında, başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, demək olar ki, bütün xalq informasiya məkanında mübarizə aparırdı. Və beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının hər iki mövqedə qazandığı tərəddüdsüz qələbə ilə sona çatdı.


Bu gün Respublika Gənclər Kitabxanası 44 günlük müharibə zamanı Azərbaycan mətbuatının fəaliyyətini ön plana çəkir. Belə ki kitabxana 44 günlük müharibənin mətbuatda olan xronikasına həsr olunmuş virtual sərgini istifadəçilərinə təqdim edir. Virtual sərgidə 44 gün boyunca Azərbaycan mətbuatında müharibəyə həsr olunmuş məqalələr təqdim edilmişdir. İstifadəçi burada “Azərbaycan”, “Yeni Azərbaycan”, “İki sahil”, “Mədəniyyət” və s. qazetlərin biblioqrafik təsvirini əldə edə bilərlər. Virtaul sərgidə Azərbaycan dilində olan məqalələrlə yanaşı, mətbuatda Rus dilində gedən yazılar da diqqətdən qaçmamışdır. Belə ki, kitabxanaçılar tərəfindən təqdim edilən virtual sərgidə “Bakinskiy rabociy” qəzetinin məqalələrinə də yer verilmişdir.
Sözügedən material ilə tanış olmaq arzusunda olan istifadəçilər aşağıdakı linkllərdən yararlana bilərlər.


https://www.instagram.com/tv/CTz7ALIlpMT/
https://www.youtube.com/watch?v=uvk-Qb4JNaQ,