Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

 11:58 23.09.2021     405

Sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, imtahanda namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 814 namizəd qeydiyyatdan keçib. Onlardan 553 nəfəri qız, 261 nəfəri oğlandır. 709 namizəd Azərbaycan bölməsinin, 105 namizəd rus bölməsinin, 375 namizəd cari ilin, 479 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 785, Naxçıvan şəhərində isə 29 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 9 imtahan rəhbəri, 75 zal nəzarətçisi, 10 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd edək ki, bu mərhələdə iştirak edəcək 814 nəfərdən 305 nəfəri ötənilki imtahan nəticəsinə görə, 509 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.