Separatçıların əski parçası Amaras məbədindən götürüldü - Yerində Azərbaycan bayrağı qaldırıldı

 13:53 23.09.2021     1350

Xocavənd rayonunun Cütçü kəndi ərazisində yerləşən Amaras məbədinin üzərində Azərbaycan bayrağı qaldırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə separatçıların sözdə “deputatı” Metakse Akopyan məlumat verib. 

O qeyd edib ki, Azərbaycan Ordusu Amaras monastrı üzərindən separatçıların qondarma “bayrağı”nın götürülməsini tələb edib.

Əski parçası monastırın üzərindən götürülüb. Lakin sülhməramlılar ermənilərə oradan Ermənistan bayrağını asmağı təklif edib. Akopyan isə monastırda hazırda Azərbaycan bayrağının asıldığını deyir.

Qeyd edək ki, bununla bağlı Azərbaycan tərəfinin rəsmi açıqlaması yoxdur. 

Oral Mədənçi / Redaktor.az