Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyi AÇILACAQ

 15:59 23.09.2021     1004

2021-ci ilin sonunadək Azərbaycanda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəliyinin açılması planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Azərbaycanda daimi əsasda fəaliyyət göstərəcək və bir sıra səlahiyyətlərə malik olacaq. O, xüsusilə, aqrar əməkdaşlığın inkişafı, aqrar-sənaye kompleksi sahəsində beynəlxalq saziş və müqavilələrin imzalanması, hökumət və biznes nümayəndələri arasında işgüzar təmasların qurulması ilə bağlı təkliflərin hazırlanmasını həyata keçirəcək, eləcə də Rusiya şirkətlərinin potensial tərəfdaşlarla danışıqlarının təşkilinə kömək edəcək.

Qeyd edək ki, hazırda Rusiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəlikləri 10 ölkədə fəaliyyət göstərir (trend).