Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları görüşdü

 17:01 23.09.2021     1510

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları Kamran Əliyev, İqor Krasnov və Artur Davtyan arasında üçtərəfli görüş keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı tərəflər üç ölkə liderlərinin imzaladıqları bəyanatların icrasını və gələcək hüquqi əməkdaşlıq perspektivlərini müzakirə edib.

Rusiyalı baş prokuror İ.Krasnov üçtərəfli əməkdaşlıq formatının səmərəliliyini vurğulayıb və əsas hədəfin regionda gərginliyin artmasının qarşısının alınması olduğunu deyib.

Tərəflər gələcəkdə gərginliyin qarşısının alınması üçün təmasların intensivləşdirilməsinin vacibliyini vurğulayıb.