“OBA” market kəsilən ağaclarla bağlı məlumat yaydı - "Kamera görüntüləri var"

 17:59 23.09.2021     156

“OBA” marketlər şəbəkəsi Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən “OBA” marketin qarşısında kəsilən ağaclar ilə bağlı rəsmi açıqlama yayıb.

Şəbəkədən Redaktor.az-a daxil olan məlumata görə, “OBA” marketlər şəbəkəsinin Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında kəsilən ağaclarla bağlı hadisədə heç bir əlaqəsi yoxdur. 

Marketinq Kommunikasiyaları şöbə müdiri Fəzilət Səmədova bildirib ki, “OBA” marketlər şəbəkəsi bu məsələdə heç bir əlaqəsi yoxdur və marketimizdə kamera görüntüləri mövcuddur:

"Bir neçə gün öncə marketimizdə çalışan əməkdaşlarımız Ekologiya Nazirliyinin nümayəndələri olduğunu bildirən şəxslərə rəsmi şəkildə müraciət etməli olduqlarını, bundan sonra görüntüləri verə biləcəklərini  bildiriblər. “OBA” Marketlər şəbəkəsinə rəsmi şəkildə müraciət olunmadığı üçün təhlükəsizlik qaydaları nəzərə alınaraq görüntülər təqdim olunmayıb”. 

Fəzilət Səmədova əlavə edib ki, “OBA” marketlər şəbəkəsi nazirliyin rəsmi sorğusu gəldiyi təqdirdə görüntülərin ictimaiyyətə paylaşılmasında maraqlıdır.