Şəhid anası koronavirusdan vəfat etdi

 18:33 23.09.2021     441

Vətən müharibəsində şəhid olan MAXE Ruslan İmanquliyevin anası Ramiyə Səfərova dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, o, ötən gün koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, R.İmanquliyev Vətən müharibəsi zamanı oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid hərbçimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

R.İmamquliyev Ramiyə Səfərovanın yeganə övladı idi (qafqazinfo).