Mikayıl Cabbarov illik hesabatının təqdimatında iştirak etdi

 19:25 23.09.2021     144

Bakıda Almaniya - Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Aserbaidschan”) “Azərbaycanda əcnəbi sahibkarlıq: İşgüzar ab-hava 2021” illik hesabatının təqdimatı keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, “AHK Aserbaidschan”ın direktoru Tobias Baumann, qurumun idarə heyətinin sədri Fərid İsayev, icraçı direktorunun müavini Nigar Bayramlı iştirak edib.

2021-ci ildə koronavirus pandemiyasına baxmayaraq Azərbaycanın bir çox nailiyyətlərinin olduğunu qeyd edən F.İsayev Qarabağ və Şərqi Zəngəzur bölgələrində iqtisadi inkişaf üçün mühüm əhəmiyyat daşıyan yeni Füzuli Beynəlxalq Hava Limanına sentyabrın 5-də ilk sınaq uçuşu həyata keçirildiyini xatırladıb.

Natiq bildirib ki, əcnəbi, o cümlədən almaniyalı sərmayədarlar Qarabağın bərpasına dair layihələrə xeyli maraq göstərir, AHK isə buna hər cür dəstək verməyə hazırdır.

Tədbirdə Azərbaycan iqtisadiyyatının başlıca nailiyyətləri təqdim edilib, əcnəbi sərmayələr üçün yaradılmış imkanlardan söhbət açılıb.