Azərbaycanda bu tarixdə əfv gözlənilir

Azərbaycanın Vətən müharibəsində qələbəsi münasibətilə qeyd ediləcək Zəfər günü ərəfəsində əfv sərəncamının verilməsi gözlənilmir.
Redaktor.az xəbər verir ki, bunu Əfv Məsələləri Komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib.
Ə.Nuriyev sonuncu əfv sərəncamının bu ilin əvvəlində imzalandığını xatırladaraq, növbəti əfv sərəncamının verilə biləcəyi tarixi açıqlayıb:
“Əfv sərəncamının verilməsi ölkə başçısının müstəsna səlahiyyətlərinə daxildir. Amma sərəncamın bu ilin əvvəlində verildiyini nəzərə alsaq, ilin sonuna yeni sərəncam veriləcəyini ehtimal etmirəm. Belə olacağı təqdirdə Komissiyanın iclasları çağırılmalı idi. Hazırda isə hansısa iclas keçirilmir və keçirilməsi nəzərdə tutulmayıb. Növbəti əfv sərəncamının ənənənvi olaraq, 2022-ci ilin Novruz bayramı ərəfəsində verilməsi gözlənilir” (modern.az).