Azərbaycanda məşhur kardioloq koronavirusdan öldü - FOTO

 13:18 25.09.2021     914

Azərbaycanda həkim koronavirusun qurbanı olub.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, kardioloq-alim Gülməmməd Hacıyev COVID-19 səbəbi ilə həyatını itirib.

Qeyd edək ki, o, 1949-cu ildə anadan olub. G. Hacıyev Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb. Bir çox kardioloqun mütəxəssis kimi yetişməsində əməyi olub.