"Yeni Klinika" Elnur Əşrəfoğlu ilə bağlı məlumat yaydı

 14:29 25.09.2021     714

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Redaktor.az xəbər verir ki, "Yeni Klinika"dan  verilən məlumata görə, jurnalistin vəziyyəti ağır-sabitdir.

"Vəziyyətində dəyişiklik yoxdur",- xəstəxanadan bildirilib.

Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb (report).