Zaqatalanın dağlıq ərazilərinə ilk qar yağıb - FOTO

 16:13 25.09.2021     205

Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə ilk qar yağıb.

Redaktor.az-ın məlumatına görə, sentyabrın 24-dən 25-ə keçən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinə, Zaqatala rayonu ərazisindən keçən hissəsinin yüksəkliklərinə ilk qar yağıb.

Qeyd edək ki, sentyabr ayının 22-si axşam saatlarından sentyabrın 25-i günorta saatlarına kimi ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonları ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Rayonlara sentyabrın 23-ü gecə saatlarında leysan yağışları yağıb. Leysan yağışları nəticəsində Balakən, Katex, Tala və digər çaylarda suyun səviyyəsi qalxıb. //APA