Göyçə mahalının qarşısında Azərbaycan bayrağı qaldırıldı - VİDEO

 02:14 26.09.2021     1155

Azərbaycan ordusu işğaldan azad olunmuş ərazilərdə, xüsusilə, Ermənistanla sərhəddə yüksəkliklərdə möhkəmlənməkdə davam edir. Bütün sərhəd boyu istiqamətlərdə təminat yolları yaxşılaşdırılır, mövqelərimiz elektrik təchizatı və digər zəruri qaynaqlarla yüksək xidmət üçün hazırlıqlı vəziyyətə gətirlir. 

Redaktor.az xəbər verir ki, Ermənistanla sərhəddə yeni qurulan mövqelərimizdə həmçinin Azərbaycanın dövlət bayrağı ucaldılır.

Ordumuzun əsgərləri bu günlərdə Azərbaycan bayrağını Kəlbəcərdə - əzəli yurd yerimiz Göyçə mahalının qənşərindəki mövqedə qaldırıblar.

Mübarizlər Qrupu tərəfindən yayımlanan bayraqqaldırma videosunu təqdim edirik: