Qusarda karantin qaydalarını pozan çay evi aşkarlandı

 13:28 26.09.2021     1353

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Ramazan Cəlilova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə bir neçə nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.