Komitə sədri bu şəxslərlə parlamentdə görüşdü - FOTO

 18:28 26.09.2021     246

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup mədəniyyət, incəsənət işçisi və qazi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, parlamentdə keçirilən görüşdə Əməkdar artist Yasəf Eyvazov, Əməkdar artist Nuriyyə Hüseynova, Əməkdar artist Qasım Nağı, klarnet ifaçısı Zahid Qubadlı, tanınmış ədib Seyran Səxavət, ədəbiyyatşünas alim Təranə Turan Rəhimli, araşdırmaçı-yazar Sevda Rəsulova, araşdırmaçı-yazar Oktay Hacımusalı, pedaqoq Sevda Həsənova, jurnalist Arzu Qocayev və qazi Ülvi Kərimov iştirak edib.

Q.Paşayeva görüş iştirakçılarını salamlayaraq, onların hər birinin öz sahəsində vətənə və haqq işimizə xidmət etdiyini minnətdarlıqla qeyd edib. Görüşdə müxtəlif yaradıcılıq sahələri və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb. Ziyalılara uğurlar arzulayan komitə sədri onlara Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

222222