"Azəriqaz"ın mətbuat katibindən mediaya müraciət: "Peşəkarlığı qoruyaq!"

 19:36 26.09.2021     670

""Azəriqaz" İB-nin rəhbərliyi başda olmaqla, səlahiyyətli şəxslərin hər biri mətbuata kifayət qədər açıqdır. Hətta o səviyyədə ki, müxtəlif aksiyalar çərçivəsində vətəndaşların yanında olur, onları narahat edən problemləri şəxsən dinləyir və yerindəcə göstərişlər verirlər".

Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyininin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mediaya müraciətində deyib.

"Eyni zamanda, qurumun mətbuat xidməti də hər zaman xidmətinizdədir. Biz bunu vəzifə borcumuz olaraq icra edirik. Ancaq təəssüf ki, bəzi sayt və portallarda mütəmadi olaraq dəqiqləşdirilməmiş, həqiqət yükü olmayan yazılar dərc olunur. Bu, peşəkarlıq meyarlarının tapdanması, heçə sayılması deyil, bəs, nədir? Tamam, əgər müraciətləriniz, sorğularınız günlərlə cavabsız qalırsa, o halda bu prinsipləri qoyun kənara.

Lütfən, jurnalist etikasına, peşə standartlarına hörmət edək. Bu, həm də özümüzə hörmət deməkdir. Nə sualınız varsa ünvanlayın, cavablandıraq ki, yalnış fikir formalaşmasın", - deyə mətbuat katibi bildirib.