Bu saatda bütün yollarda hərəkət dayandırılacaq - DYP-dən MÜRACİƏT

 09:10 27.09.2021     1710

Baş Dövlət Yol Polisi İdarəsi 27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə əhalisinə müraciət edib.

İdarədən Redaktor.az-a daxil olan məlumata görə,27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.

Şəhidlərimizi hörmətlə anır, Allahdan onlara rəhmət diləyirik.