Zakir Həsənov II Fəxri xiyabanı ziyarət etdi

 11:21 27.09.2021     239

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə Nazirliyinin rəhbərliyi İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Redaktor.az xəbər verir ki, ziyarət zamanı Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.