Elnur Əşrəfoğlunun son durumu açıqlandı

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, "Yeni klinika"dan "report"a bildirilib ki, jurnalistin vəziyyətində dəyişiklik yoxdur.
"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun ECMO dəstəyi davam edir", - xəstəxanadan bildirilib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.