Sabahın hava proqnozu - Yağış, şimşək, külək...

 13:06 27.09.2021     2447

Azərbaycanda sentyabrın 28-də  gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi  761 mm  civə  sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz: Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°  isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz  8-13° isti olacaq