“Azəriqaz” ağacəkmə aksiyası keçirdi

 19:09 27.09.2021     423

“Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin kollektivi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirib.

İB-dən Redaktor.az-a bildirilib ki, ötən gün, yəni, sentyabr ayının 26-sı qeyri-iş günü olmasına baxmayaraq idarə kollektivi könüllü şəkildə bu aksiyaya qoşulub. Bu gün də davam etdirilən aksiyada ümumilikdə 100-dək ağac əkilib.