Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ

 09:47 28.09.2021     581

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis baş leytenantı Bayram Cəfərov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatdək Laçın Rayon Polis Şöbəsində çalışıb(Unikal.org).