Zakir Həsənov generala yüksək vəzifə verdi

 11:52 28.09.2021     773

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib.

Redaktor.az "unikal.org"a istinadla xəbər verir ki, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Nazirin digər əmri ilə, Bəkir Orucov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji iş və Mənəvi-Psixoloji təminat İdarəsinin rəisi rəisi vəzifəsinə təyinat alıb.

Hazırda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsini Saday Balayev icra edir.