“"Media haqqında" qanun layihəsində bir-iki maddə ətrafında fərqli fİkirlər var" - Zahid Oruc

 12:03 28.09.2021     419

"MEDİA tərəfindən “Media haqqında” qanun layihəsinin yaxın zamanlarla parlamentə təqdim ediləcəyinə inanmaq istəyirik".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Deputat qanunun payız sessiyasının İş planına daxil edilməməsinə də aydınlıq gətirib: “Layihədə bir-iki maddə ətrafında fərqli fİkirlər var, onların uzlaşdırılması üzərində işlər aparılır. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovla bizim komitədə də görüş olmuşdu. Əminik ki, həmin bir-iki maddə üzərində konsensus tapılandan sonra sənədlə bağlı problem qalmayacaq, parlamentdə müzakirəyə çıxarılması mümkün olacaq” (apa).

Vumart və Güvən reklamı Vumart Güvən