Vətən müharibəsinin tarixini təhrif edən direktor: "Qan təzyiqim qalxmışdı"

 19:13 28.09.2021     757

Bakı şəhəri 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən Müharibəsi” kimi səsləndirməsinə aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, direktor bildirib: "Sentyabrın 22-si I-IV siniflər üzrə yeni dərs ilinin ilk günü məktəbdə valideynlərin çoxluğu ilə əlaqədar pandemiya qaydalarından irəli gələn tələblərə riayət olunmasında müəyyən çətinlik yaranıb. Yaranmış gərgin vəziyyət və qan təzyiqimin yüksək olması səbəbindən çıxışımda “44 günlük Vətən müharibəsini” “24 günlük Vətən müharibəsi” kimi ifadə etmişəm. Bir pedaqoq və məktəb rəhbəri kimi bütün bunların anlayışla qarşılanacağına inanıram".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ diqqət mərkəzində saxlanılır.