Bu rayonlarda zəlzələ oldu

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində zəlzələ faktını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:48-də Zaqatala rayonunda qeydə alınıb.
Zəlzələ 3,1 maqnitudada baş verib.
***
Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar təxminən saat 22-55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb (report).