Tanınmış aparıcı "Xəzər"ə keçdi

Tanınmış aparıcı Aytən Səfərova Xəzər televiziyasında fəaliyyətə başlayıb.
Redaktor.az-ın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazıb. Teleaparıcı “Xəzər” televiziyasının studiyasından paylaşdığı fotoya "Hazlrlaşırıq" yazaraq bildirib ki, tamaşaçılara səhər verilişi təqdim edəcək.
Qeyd edək ki, Aytən Səfərova 6 il ATV kanalında fəaliyyət göstərib. O həm xəbərlər departamentində, həm də radioda işləyib. Kanaldan ayrılmazdan əvvəl isə ATV-də xəbərlər departamentinin redaktoru vəzifəsində çalışıb.